Menu

Putin Avropanı belə qorxutdu - "Rusiya təyyarələri nüvə silahı daşıyır"

22.04.2015, 22:36
Putin Avropanı belə qorxutdu - "Rusiya təyyarələri nüvə silahı daşıyır"

Rusiya bombardmançıları Baltik və Şimal dənizlərinin üstündə raketlərlə uçuşlar həyata keçirir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Rheinische Post” alman nəşri yazır.

Nəşr NATO təyyarələrindən çəkildiyi və Norveç Müdafiə Nazirliyinin əldə etdiyi şəkilləri dəlil kimi göstərib."Bu Rusiya təyyarələri böyük ethimalla nüvə silahı daşıyır", - Norveç Müdafiə Nazirliyinin nümayəndəsi nəşrə bildirib.

Fotodan birində görünür ki, Tu-95 bombardmançısı qanadlı raketə malikdir. Tu-95 təyyarələri nüvə yükünə malik 16 qanadlı raketi 6000 kilometr uzaqlığa qədər apara bilər.

Şəkillərdə Rusiya bombardmançı raket daşıyıcısı Tu-22M də görmək olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol