Rusiya KİV-nin yaydığı məlumata görə, aprelin 24-də, qondarma «erməni soyqırımı»nın 100 illiyi münasibətilə Rusiya Dövlət Duması bəyanat qəbul edə bilər. Bunu Dumanın MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski deyib (Rosbalt).
Məlumata görə, bu gün sözügedən komitənin toplanacağı və müvafiq layihənin hazırlanaraq Şuranın təsdiqinə təqdim olunacağı gözlənilirdi. Aprelin 24-də isə layihə əsasında Dumanın bəyanat qəbul edəcəyi nəzərdə tutulub..
Dumaya təqdim olunacaq layihənin mətnində aşağıdakı fikir yer almalı idi ki, «erməni genosidinin 100 illik yubileyi münasibəti ilə qardaş Ermənistanın və Birinci dünya müharibəsinin gedişində zərər çəkmiş digər xalqların dərdinə şərik olduğumuzu bildiririk».
Slutski daha sonra deyib: «Biz hesab edirik ki, tarixin mürəkkəb məsələləri planetimizdə möhkəm sülhün və təhlükəsizliyin bərqərar olması naminə sülh yolu ilə, o cümlədən, diplomatik səylərlə həll edilməlidir...»
AzPolitika.info


Şərhlər