Menu

TQDK kolleclərə qəbul qaydalarının şərtlərini açıqladı

23.04.2015, 12:00

tqdk_bili qiymetlendirilirTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul qaydalarında edilən dəyişikliklərlə bağlı məumat verib.

Komissiyadan verilən məlumata görə, bu il tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul orta məktəbi bu il bitirən məzunlar üçün buraxılış imtahanının, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirmiş abituriyentlər üçün isə V ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanının (yəni eksternat qaydada buraxılış imtahanının) nəticələrinə əsasən aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol