Menu

İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub

23.04.2015, 13:19
İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub

"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları Suriyanın mərkəzindəki Qələmun-Quta-Badiyə üçbücağında silah və yardım dəhlizlərinə nəzarət edən, Suriya səhrasından, Dəməşqin şərqindəki Quta bölgəsindən Homs əyaləti ərazisinə və Livan sərhədləri istiqaməti boyunca uzanan strateji Məsha qəsəbəsini tutublar. SalamNews-un Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, İŞİD digər qruplaşmaların nəzarətində olan bu bölgəni qəfil hücumlardan və qarşı tərəfin 50-ə yaxın itki verməyindən sonra ələ keçirib.

Qeyd edək ki, bu, İŞİD-ə Livanla sərhəddəki əl-Qələmun yüksəkliklərində, Quta bölgəsində, Homs əyaləti ərazisində daha çox hücum həyata keçirməyə imkan verəcək.

İŞİD-in bu hücumundan sonra bir sıra müxalifət qruplaşmaları əks-hücuma keçməyi planlaşdırıb.

Suriyada döyüşlər İdlibin cənubunda, Dəra əyaləti ərazisində, Hələb şəhərinin rayonlarında da davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol