Menu

"Çanaqqala şəhidləri arasında Bakı və Tbilisidən olanlar da var" - Ərdoğan

23.04.2015, 16:42
"Çanaqqala şəhidləri arasında Bakı və Tbilisidən olanlar da var" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin türk tarixinin ən şanlı səhifəsi olduğunu bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

O, qeyd edib: "Çanaqqala şəhidlərini ziyarət etsəniz, onların arasında Bakı, Tbilisi, ümumiyyətlə, bütün Qafqazdan olanları da görəcəksiniz".

Xatırladaq ki, Çanaqqala zəfərinin 100-cü ildönümü aprelin 24-də qeyd olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol