Menu

Obamanın nənəsi Məkkədə- Fotolar

23.04.2015, 22:09
Obamanın nənəsi Məkkədə- Fotolar

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın nənəsi Sara Ömər Ümrə ziyarəti edib. “IslamToday”in məlumatına görə, onunla birgə Məkkəyə oğlu Səid və nəvəsi Musa Obama da qatılıb.

Prezidentin qohumları ziyarət çərçivəsində Məhəmməd Peyğəmbərə həsr edilmiş sərgiyə də qatılıblar.

“Mən çox şadam ki, belə bir sərgidə oldum. Bu sərgi müasir dünyada İslamın yayılması üçün ən gözəl nümunədir. Burada elmi sənədlər öz əksini tapıb”-deyə Obamanın nənəsi öz təəssüratlarını bölüşüb.

Sara Ömər eyni zamanda Səudiyyə Ərəbistanının müqəddəs torpaqlarda apardığı işləri yüksək qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol