Menu

Neft qiymətləri 2015-ci ilin rekord həddinə çatdı

24.04.2015, 09:24

oil-russiaBununla belə, Tradition Energy firmasının analitiki Gene McGillian hesab edir ki, neft qiymətinin yüksəlişi müvəqqəti haldır.

Cümə axşamı xam neftin qiyməti 3 faiz artaraq bir barrel üçün 65 dollara çatıb.

Bu, 2015-ci ildə neftin çatdığı ən yüksək qiymətdir. Bütövlükdə aprel ərzində qiymət 10 faiz yüksəlib.

Ekspertlər bunu Yaxın Şərqdəki gərginlik, Səudiyyənin Yəmənə hava reydləri ilə bağlayırlar.

Neft qiymətlərinin qalxmasına ikinci bir səbəb dolların nisbətən ucuzlaşması olub.

Bununla belə, Tradition Energy firmasının analitiki Gene McGillian hesab edir ki, neft qiymətinin yüksəlişi müvəqqəti haldır.

Beləki, neft anbarları hələ də doludur və OPEC gündə 2 milyon barrel neft ixrac etməklə normanı artıqlaması ilə doldurur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol