Menu

Keçmiş fizika müəllimi “İslam dövləti”nin yeni başçısı seçildi

24.04.2015, 12:06
Keçmiş fizika müəllimi “İslam dövləti”nin yeni başçısı seçildi

Dünyanın təhlükəsizliyi üçün əsas təhlükə sayılan “İslam dövləti” (əvvəlki İŞİD-red) teror qruplaşmasının yeni müvəqqəti başçısı seçilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İraq prezidentinin məsləhətçisi doktor Hişam Əl-Haişimi təşkilatın yeni liderinin keçmiş fizika müəllimi Əbu Ala Əfri olduğunu deyib.

“Əl Bağdadi ölərsə, o “İslam dövlətinin daimi lideri olacaq”-deyə Əl-Haşimi deyib.

Martın 18-də İraqın şərqində ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin maşın karvanına endirdiyi hava zərbələri nəticəsində “İslam dövləti” qruplaşamasının lideri Əbu Bəkr Əl Bağdadi ağır xəsarətlər almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol