Menu

Zakir Həsənov Türkiyəyə getdi

24.04.2015, 14:52
Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycan müdafiə naziri Türkiyə Respublikasına yola düşüb.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın dəvətilə Türkiyəyə yola düşüb.

Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

Qeyd edək ki, Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol