Bir ay ərzində 170-dən çox uşaq şikəst qalıb
Yəməndə döyüşlərin və hava zərbələrinin həyata keçirildiyi bir ay ərzində qətlə yetirilən və xəsarət alan uşaqların sayı açıqlanıb. Anspress-in məlumatına görə, Yəməndə martın 26-dan bəri hərbi əməliyyatlar nəticəsində ən azı 115 uşaq öldürülüb, 172 azyaşlı şikəst olub. Bu barədə Cenevrədə BMT-nin uşaqlara yardım fondu YUNİSEF-in (UNİCEF) Yəmən təmsilçisi Julien harneys bildirib.
YUNİSEF-in rəsmi nümayəndəsi münaqişədə ən azı 551 dinc sakin həlak olduğunu dilə gətirib.
BMT-nin təxmini hesablamalarına görə, 150,000-dən çox insan Yəməndəki zorakılıq nəticəsində köçkün düşüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən koalisiya hücumları Yəməndə bir çox ərazini ələ keçirmiş husi üsyançıları hədəf alıb.


Şərhlər