Nepalda baş verən güclü zəlzələ qurbanlarının sayı 565-ə çatıb. SalamNews xəbər verir ki, bu barədə BBC teleradio korporasiyasının “Twitter”dəki rəsmi mikrobloqunda dərc edilmiş məlumatda deyilir.
Bundan əvvəl 449 nəfərin ölümü barədə məlumat verilib.
“Nepalda baş verən zəlzələdə həlak olanların sayı 565-ə çatıb. Bir çoxları dağntılar altındadır.”, - yerli polis bildirib.
Xəbər verdiyimiz kimi, ötən gecə Nepalda 7.9 bala malik zəlzə baş verib.
Yeraltı təkanların episentri paytaxt Katmandudan 82 kilometr şimal-qərbdə, ocağı isə yerin 15 kilometr dərinliyində yerləşib.


Şərhlər