İngilislər BP-nin satışına qarşı
İngiltərə Hökuməti, BP-nin bir İngilis şirkəti olaraq qalmasını istəyir.
Financial Times-ın xəbərinə görə, Kameron Hökuməti BP ilə təmasa keçərək, şirkətin mümkün satışına qarşı çıxacağı barədə xəbərdarlıq edib.
BP-nin bazar böyüklüyü 132 milyard dollardan çoxdur.
Neft qiymətlərinin düşdüyü bir şəraitdə BP-yə təklif gələcəyinə dair şayiələrin isə artdığına diqqət çəkilir. Kameron hökumətinin BP-nin, Royal Dutch Shell-ə satışına da isti baxmadığı ifadə edilir. /"marja"


Şərhlər