Menu

Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur

27.04.2015, 14:09
Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur

Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.

Bunu "Trend"-ə Azərbaycanın Nepalda da akkreditasiya olunan Hindistandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.

Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol