Rusiya XİN Suriyadakı böhranın nizamlanması üçün hakim rejimin dəyişməsini mənasız hesab edir. Musavat.com xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti" yayıb."Bizi rejimlə əlbir kimi təqdim etməyə çalışdılar. Dedilər ki, yalnız rejimin dəyişməsi Suriya xalqını sakitləşdirə bilər. Amma bu yolun da sonunun dalan olduğu hər kəsə aydındır", - xarici işlər naziri Sergey Lavrov bildirib.
Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, Suriyadakı münaqişənin dinc yolla həlli şansı yaranıb.


Şərhlər