Menu

Merkel Putinə ümid verdi

28.04.2015, 11:24
Merkel Putinə ümid verdi

Aİ Rusiyaya qarşı sanksiyaya iyunda yenidən baxacaq

Rusiyaya qarşı beynəlxalq sanksiyalar Ukrayna münaqişəsi ilə bağlı bu il Minskdə əldə edilmiş sülh sazişinə əməl edilməsindən aslıdır. Anspress-in məlumatına görə, bunu Almaniyanın kansleri Angela Merkel bildirib.

O, Varşavada Polşanın baş naziri Eva Kopaçla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına yenidən baxılması imkanı iyunda müzakirə olunacaq: "Bu ilin martında Avropa Şurasında qəbul edilmiş qəti qərarda bildirilir ki, bu sanksiyalar Minsk razılaşmasının yerini yetirilməsindən aslı olacaq.

Kansler Minskdə imzalanmış razılaşmanın reallaşdırılmasına daha çox vaxt lazım olacağını söyləyib.

Polşanın hökumət başçısı da hələlik Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasına tərəfdar olduğunu deyib.

Xatırladaq ki, liderlərin görüşündə Ukrayna münaqişəsi, gələn ay Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol