Menu

Suriyadan Türkiyəyə ittiham

29.04.2015, 09:33
Suriyadan Türkiyəyə ittiham

Suriya Xarici İşlər Nazirliyi terrorçuların aktivləşməyində türk ordusunu suçladı

Suriya hökuməti ölkədəki terrorist qrupların aktivləşməsində türk ordusunun da dəstəyinin olduğunu açıqlayıb.ANS  PRESS-in məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi ölkənin İdlib və Hələb şəhərlərində fəaliyyət göstərən terrorçu qruplaşmalara Türk ordusunun hərbi və logistik dəstək göstərdiyini bəyan edib. Bu barədə Suriyanın rəsmi xəbər agentliyi “SANA” informasiya yayıb.

Xəbərdə bildirilir ki, Cisr əş-Şuğur və İştiborq şəhərlərinə, bundan əvvəl isə İdlib, Həsəb və Hələbə edilən hücumlarda türk orsunun bilavasitə köməyi olub. Hansı ki, bu hücumları əl-Nusra cəbhəsi silahlıları həyata keçirib.

“Terrorçulara edilən bu kömək Türkiyənin Suriyaya qarşı birbaşa hücum keçirməsidir”, - deyə Suriya XİN-inin açıqlamasında vurğulanır.

Qeyd edək ki, 2011-ci il mart ayından bəri Suriyada yaşanan silahlı qarşıdurmalarda 220 mindən çox günahsın insan dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol