Rusiya KİV-nin yaydığı məlumata görə, Fransanın Amen şəhərindən havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus C-135 tipli hərbi-nəqliyyat təyyarəsi La-Manş üzərində yoxa çıxıb (Lenta.ru).
Xəbərdə deyilir ki, yoxa çıxmazdan əvvəl ekipaj fövqəladə vəziyyət barədə siqnal verib. Həmin anda C-135 tipli təyyarənin baklarında 117 ton yanacaq olduğu bildirilir.
ABŞ HHQ-nin rəsmi nümayəndəsi hadisə barədəki xəbəri şərh etmir.
AzPolitika.info


Şərhlər