Menu

Nazarbayev and içdi

29.04.2015, 14:49

nazarbayev3Qazaxıstanın növbədənkənar prezident seçkilərində qalib gələn Nursultan Nazarbayevin inaqurasiya mərasimi keçirilib. Trend-in “Novosti-Kasaxstan”a istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu gündən rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

“Qazaxıstan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, prezident and içəndən dərhal sonra vəzifəsinin icrasına başlayır”, - deyə mərasimdə respublikanın Konstitusiya Şurasının sədri İqor Roqov bildirib.

Nazarbayev aprelin 26-da keçirilən növbədənkənar prezident seçkilərində 97 faizdən çox səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol