[caption id="attachment_114518" align="alignleft" width="300"] Baltimor şəhərində ötən gecə nisbətən sakit keçib[/caption]
ABŞ-ın Batimor şəhərində iğtişaşlardan sonra ötən gün elan edilmiş komendant saatı nisbətən sakit keçib.
Şəhərin polis komissarı Anthony Batts-ın birlirdiyinə görə, "komendant saatı elan edildikdən sonra cəmi on nəfər saxlanılıb".
Onlardan iki nəfər qarətçilik üstündə, bir nəfər asayişi pozduğuna görə, daha yeddi nəfər isə komendant saatına riayət etmədiklərinə görə tutulublar.
Şəhərdə axşam saat 22:00-dən səhər saat 05:00-dək komendant saatına riayət edilməsi üçün polis gözyaşardıcı qazdan istifadə etməli olub.
Ötən gecə Baltimorda əsasən dinc etirazlar keçirilib.
Etiraz yürüşündən sonra yüzlərlə insan dağlışmaq istəməsə də, aksiya çox davam etməyib.
Şəhər küçələrində yerləşdirilmiş minlərlə hərbi qulluqçu keşik çəkməkdədir.
Baltimorda kütləvi etirazların başlamasına səbəb 25 yaşlı qaradərili şəhər sakini Freddie Gray-in polis tərəfindən saxlanılarkən aldığı ağır xəsarətlərdən ölməsi olmuşdu.
Bel sütünu və boyun nahihəyisindən zədələr almış Gray komaya düşərək bir müddətdən sonra aprelin 19-da xəstəxanada keçinmişdi.
Polisin versiyasına görə, Gray küçədə polis patrulu ilə üzə-üzə gələrkən, qəflətən qaçmağa başlayıb. Polis əməkdaşları isə onun arxasınca düşüblər və son nəticədə saxlayıblar.
Polis furqonunda aparılarkən isə, iddia edildiyinə görə, Freddie Gray özünü nadinc apardığından polis əməkdaşları onun əl-qolunu qandallamışdılar. /BBC


Şərhlər