İsveç hökuməti 2010-ci ildə ölkə Parlamentində 1915-ci il hadisələri ilə əlaqədar qəbul edilən qərarın həyata keçirilməyini təxirə salıb.
SalamNews-un “Yeni Şafak” qəzetinə istinadla verdiyi xəbərə görə, qərarla bağlı açıqlama verən İsveç Xarici İşlər Nazirliyinin təmsilçisi Erik Boman bildirib ki, 1915-ci ildə baş verən hadisələr müstəqil bir qurum tərəfindən araşdırılacaq və əldə edilən nəticəyə görə hərəkət ediləcək.
“İsveç Parlamentində 2010-cu ildə qəbul edilmiş qərarı təxirə saldıq. Bu problemin xalqlar arasında sülh yolu ilə həll olunmağını istəyirik.
100 il əvvəl yaşanmış faciə barədə araşdırma aparılmadan verilən parlament qərarı ilə bir ölkənin soyqırımı törətdiyini elan edə bilmərik. Qərar tarixçilərin ətraflı araşdırmasından sonra veriləcək."

Şərhlər