Menu

Xamenei sərt bəyanat verdi (VİDEO)

30.04.2015, 00:49
Xamenei sərt bəyanat verdi (VİDEO)

Bu, İran iqtisadiyyatını çətinliklərdən xilas etmək üçün çarə deyil

 İranın nüvə proqramına dair Qərblə əldə olunacaq yekun razılaşma İran iqtisadiyyatını çətinliklərdən xilas etmək üçün çarə deyil.

ANS TV-nin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei belə bir bəyanatla çıxış edib.

Xamenei bildirib ki, əksinə, İran daxildə öz iqtisadi problemlərini həll etməlidir. O, əlavə edib ki, hökumət dövlət orqanlarında istifadə olunan əşyaları əsla xaricdən idxal etməməlidir:

“Adi qələmindən tutmuş, tikinti materiallarına qədər ölkədə istehsal oluna biləcək əşyaların idxalı qadağan olunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol