Menu

BMT Təhlükəsizlik Şurası genişlənsinmi?

30.04.2015, 15:03
BMT Təhlükəsizlik Şurası genişlənsinmi?

Bəzi ölkələr və siyasətçilər bu təkliflə çıxış edirlər

BMT Təhlükəsizlik Şurası (TŞ) tərkibinin genişlənməsi, bir ölkə tərəfindən veto qoyulması və qalan dünyanın mövqeyinin qulaqardına vurulması imkanlarını məhdudlaşdırardı. Bu fikri «Ria Novosti» İnformasiya agentliyinə və RT telekanalına müsahibəsində BMT-nin sabiq baş katibi Kofi Annan söyləyib (Ria Novosti).

K.Annan qeyd edib ki, BMT TŞ tərkibinin genişlənməsinin və bəzi inkişaf etməkdə olan ölkələrin buraya cəlb olunmasının tərəfdarıdır: «Bu halda, ayrıca götürülmüş ölkə üçün veto qoymaq və ya bütün dünyanı qulaqardına vurmaq bu gun olduğundan xeyli çətin başa gələrdı. Çünki bu halda onlar yaddan çıxarmazdılar ki, dünyanın qalan hissəsinin iradəsinin əksinə gedirlər - nəinki abastrakt mənada, həm də eyni otaqda eyni masa arxasında oturmuş insanların iradəsinin əksinə gedirlər...»

Son illər BMT TŞ-nın yenidən təşkili məsələsi bir sıra siyasətçilər tərəfindən gündəmə gətirilir. Məsələn, Fransa bəzi məsələlərin müzakirəsi zamanı BMT TŞ daimi üzvlərinin veto qoymaq hüququnun məhdudlaşdırılması təklifi ilə çıxış edir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) başçısı Sergey Lavrov isə öz növbəsində, «Rossiya-24» telekanalına müsahibəsində bəyan edib ki, BMT TŞ tərkibinin genişlənməsi məsələsi hələ «yetişməyib» və bu institut və onun iş operativliyi arasında ağılabatan balansın saxlanması vacib məsələdir. O, qeyd edib ki, bütövlükdə BMT, ayrılıqda isə TŞ yenidən təşkili Rusiya Federasiyasının rolunun aşağı salınmasına yönəlməməlidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol