Menu

Azərbaycanda yeni institutlar yaradıldı - Qərar

30.04.2015, 17:27
Azərbaycanda yeni institutlar yaradıldı - Qərar

Baş nazir Artur Rasizadə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, qərarla Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb

Bundan başqa, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qərarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılması da öz əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol