Xəbər verildiyi kimi, 3-cü Qlobal Bakı Forumunda iştirak edən mötəbər qonaqlar arasında Türkiyənin sabiq prezidenti Abdulla Gül də olub. Aprelin 30-da Türkiyənin Azərbaycandakı səfirliyində sabiq prezidentin şərəfinə ziyafət verib.
Səfirlikdə keçirilən ziyafətdə baş nazirin müavini Abid Şərifov, prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, eləcə də digər dövlət və hökumət üzvləri, deputatlar iştirak ediblər. Ziyafətdə media təmsilçiləri, o cümlədən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edib.






Şərhlər