Menu

ABŞ səfiri Əli Əhmədovla görüşdü

30.04.2015, 20:42
ABŞ səfiri Əli Əhmədovla görüşdü

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycanla Amerika arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkələ arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

ABŞ səfirliyinin Twitter səhifəsindəı isə bildirilir ki, səfir Sekuta bu günlərdə görüşməyi planlaşdırdığı partiya liderlərindən ilk olaraq YAP-ın icra katibi Əli Əhmədovla görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol