Misir məhkəməsi Qahirə yaxınlığındakı Kirdasa yaşayış məntəqəsində xristian kilsəsinin yandırılmasında ittiham olunan 69 nəfər barəsində ölüm hökmü çıxarıb. Musavat.com xəbər verir ki, məlumatı MİGnews yayıb. Bundan başqa, yetkinlik yaşına çatmamış iki nəfər Məhəmməd Mursinin devrilməsindən sonra baş verən iğtişaşlara qoşulduğuna görə, azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2013-cü ilin yayında Məhəmməd Mursi hakimiyyətinin devrilməsindən sonra Misirdə kütləvi iğtişaşlar başlamışdı.


Şərhlər