Menu

ABŞ Konqresinin Komitəsi Ukraynaya silah verilməsini dəstəklədi

01.05.2015, 09:11
ABŞ Konqresinin Komitəsi Ukraynaya silah verilməsini dəstəklədi

ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi Ukraynaya letal (öldürücü) silahların tədarükünü dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Amerika hakimiyyəti büdcəyə Ukraynaya 200 mln dollar yardımın ayrılmasını nəzərdə tutan dəyişiklik edib.

Məlumata görə, təşəbbüs komitənin 60 üzvü tərəfindən dəstəklənib, iki nəfər əleyhinə səs verib. Qeyd olunan məsələ ilə bağlı yekun qərar bir aydan sonra ABŞ Konqresi Nümayəndələr Palatasının iclasında veriləcək.

“Assoşieyted Press” ayrılan vəsaitlərin separatçılarla mübarizəyə yönəldiləcəyini qeyd edir.

Ağ Evin mətbuat katibi Erik Şults ABŞ prezidenti Barak Obamanın Ukrayna silah verilməsi məsələsi ilə bağlı hələlik qərar vermədiyini bildirib.

Rusiya XİN-i, öz növbəsində, Ukraynaya silah tədarükünün Donbasda əldə olunan atəşkəsə və Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol