Menu

İraqın kürd lideri Ağ Evə gedir

01.05.2015, 12:38
İraqın kürd lideri Ağ Evə gedir

İraqın muxtar kürd regionunun rəhbəri gələn həftə Ağ Evdə qonaq olacaq. Kürd ərazisi hazırda İslam Dövləti yaraqlılarına qarşı ön cəbhədə olan müttəfiqdir.

Massud Barzani Prezident Barack Obama, vitse-prezident Joe Biden-lə görüşəcək. Bir neçə həftə öncə İraqın baş naziri Haider al-Abadi ABŞ-a səfər edib.

Barzani bir həftəlik səfəri müddətində İslam Dövləti (İD) silahlı qrupunu “zəiflətmək və məhv etmək üçün birgə kampaniya”nı müzakirə edəcək. İD İraqın şimalında böyük hissəni tutub.

Koalisiya qüvvələri şimaldakı Mosul şəhərini İD-dən almağa çalışır.

Kürd peşmərgə qüvvələri Mosulun geri alınması əməliyyatında əsas qüvvə sayılır. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol