Menu

“Total” yaxşı satış etsəydi bu bazardan çıxmazdı” - Rövnəq Abdullayev

01.05.2015, 13:15
“Total” yaxşı satış etsəydi bu bazardan çıxmazdı” - Rövnəq Abdullayev

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Total” yanacaqdoldurma məntəqələrini alması məsələsinə münasibət bildirib. “APA-Ecoonomics”in məlumatına görə, R. Abdullayev deyib ki, bu barədə məlumatı mətbuatdan oxuyub: “Bu məsələyə baxılacaq. Amma bu məsələyə hələ marağımız yoxdur. Bizim üçün birinci növbədə Türkiyədə inşası həyata keçirilən zavod maraqlıdır. Orada da biz yanacağın topdan satışını həyata keçirəcəyik.”

R. Abdullayev deyib ki, onlar Türkiyənin pərakəndə satış bazarını öyrənirlər: “Əsası marjanın öyrənilməsidir. “Total” yaxşı satış etsəydi bu bazardan çıxmazdı”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol