Menu

Avropa İttifaqı qondarma seçkiləri tanımadı

01.05.2015, 14:54
Avropa İttifaqı qondarma seçkiləri tanımadı

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır. APA-nın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: “Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol