Menu

"Rüşvət əməliyyatı"nda ikinci dalğa gözlənilir

25.12.2013, 17:00
"Rüşvət əməliyyatı"nda ikinci dalğa gözlənilir

Türkiyəni dünya gündəminə çıxaran rüşvət və anti-korrupsiya əməliyyatının ikinci dalğası gözlənilir.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatın ikinci dalğasının "çirkli pullar və korrupsiya" iddialarını əhatə edəcəyi bildirilir. İstintaqı isə Ergenekon işinə baxan prokuror Məümmər Akkaşın apardığı məlum olub.

İddia edilir ki, yaxın saatlarda əməliyyat başlayacaq. Əməliyyat ictimayyət tərəfindən tanınmış şəxslərə qarşı başlayacaq. Məlumatlara görə, ikinci "dalğa" birinci əməliyyatdan fərqli olacaq. Polisin necə davranacağı maraq doğurur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol