Menu

Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

02.05.2015, 14:57
Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0017 manat (0,16 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0492 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
20 aprel 1,0502 27 aprel 1,0499
21 aprel 1,0506 28 aprel 1,0498
22 aprel 1,0506 29 aprel 1,0494
23 aprel 1,0506 30 aprel 1,0487
24 aprel 1,0502 1 may 1,0482
Həftə ərzində orta 1,05044 Həftə ərzində orta 1,0492

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0353 manat (3,1 faiz) artıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,15436 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi
20 aprel 1,1333 27 aprel 1,1396
21 aprel 1,1269 28 aprel 1,1419
22 aprel 1,1267 29 aprel 1,1510
23 aprel 1,1252 30 aprel 1,1644
24 aprel 1,1332 1 may 1,1749
Həftə ərzində orta 1,2906 Həftə ərzində orta 1,15436

Ötən həftə 1 unsiya qızılın dəyəri 5,1636 manat (0,39 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1255,10654 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi
20 aprel 1263,7582 27 aprel 1242,0317
21 aprel 1257,0429 28 aprel 1259,7600
22 aprel 1255,7822 29 aprel 1268,7246
23 aprel 1249,4261 30 aprel 1267,8783
24 aprel 1245,2747 1 may 1237,1381
Həftə ərzində orta 1254,25682 Həftə ərzində orta 1255,10654

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol