Menu

“Azərsun”un idarəsində ölüm

02.05.2015, 18:03
“Azərsun”un idarəsində ölüm

Bakıda usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ yolunda yerləşən “Azərsun” ASC-yə məxsus Nəqliyyat və Xüsusi Texnika idarəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Yaşar Nizami oğlu Vəliyev “Man” markalı avtomobili təmir edərkən yükqaldırıcının qırılması nəticəsində maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol