Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın "Qazprom" şirkətindən 16 milyard dollar tələb edir.
ANS PRESS-in məlumatına görə, rəsmi Kiyev bu iddianı Stokholm Arbitraj Məhkəməsində qaldırıb.
Ukraynanın baş naziri Arsen Yatsenyuk facebook səhifəsində yazıb ki, iddialar Rusiya qazının alınması və tranziti ilə bağlı müqavilələrə aiddir: "Tranzit müqaviləsi Ukraynaya münasibətdə ədalətsizdir və "Qazprom" Kiyevin "Naftoqaz" şirkətinə dəyən zərərə görə 10 milyard dollardan çox kompensasiya ödəməlidir".
Ukrayna hökumət başçısının sözlərinə Rusiyadan cavab gecikməyib. "Qazprom"un nümayəndəsi Sergey Kupriyanov baş nazirin dediklərinə münasibəti belə olub: "Rusiya şirkətinin "Naftoqaz"a qarşı kompensasiya tələbi Kiyevin Moskvaya iddialarından çoxdur. Amma biz hələ konkret rəqəm açıqlamırıq".


Şərhlər