Menu

“Vurğun Əyyub Müsavatdan çıxarılmayıb” - Məclis sədri

04.05.2015, 11:01

nusabe_mg1591898“Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin müavini Vurğun Əyyub Müsavat Partiyasının üzvlüyündən xaric olunmayıb”. Bunu Modern.az saytına Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.

Onun sözlərinə görə, Vurğun Əyyub partiyanın sıralarından çıxarılmayıb.

“O, yalnız Məclis üzvlüyündən çıxarılıb. Vurğun bəyin özü bildirmişdi ki, Məclisin legitimliyini tanımır. Ona görə onun Məclis siyahısında qalmağı hansısa başqa bir müsavatçının haqqını tapdalamaqdır. Bu səbəbdən Vurğun bəy yalnız Məclis üzvlüyündən çıxarılıb. Onun partiya sıralarından çıxarılması yalan söhbətdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol