Menu

Post patrul xidməti əməkdaşlarını güllələdilər

04.05.2015, 13:36
Post patrul xidməti əməkdaşlarını güllələdilər

Ukraynanın paytaxtı Kiyevdə post patrul xidmətini güllələyiblər

Ukraynanın paytaxtı Kiyevdə post patrul xidməti əməkdaşlarını güllələyiblər. Anspress-in məlumatına görə, hadisə Kiyevin Dneprovski rayonunda naməlum şəxslər tədəfindən törədilib.

Silahlı insident nəticəsində hüquq-mühafizə orqanı əməkdaşlarından biri ölüb, üç nəfər isə yaralanıb. Bildirilir ki, silahlı hücum 4 mayda tarixində gecə saatlarında həyata keçirilib.

Ehtimal edilir ki, naməlum şəxslər avtomatdan atəş açıblar. Bununla yanaşı, cinayət yerinin yaxınlığında üç gülləkeçirməz jilet aşkar edilib.

Qeyd edək ki, anoloji hadisə 2 may tarixində də baş verib. Kiyevdə post patrul xidmətini avtomatlarla atəşə tutublar. Hadisə nəticəsində zərər çəkən olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol