Menu

Çin prezidenti Rusiya, Qazaxıstan və Belarusa gedir

04.05.2015, 13:57
Çin prezidenti Rusiya, Qazaxıstan və Belarusa gedir

Çin prezidenti Xi Jinping Rusiya, Qazaxıstan və Belarusa səfər edəcək.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Xi mayın 7-də Qazaxıstanda olacaq və daha sonra Rusiyaya gedərək 9 may tədbirlərində iştirak edəcək.

Təhlilçilər X-nin Rusiya prezidenti Vladimir Putin-lə sıx münasibət yaratdığını bildirir.

BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan iki ölkə Suriya münaqişəsində Bashar al-Assad rejiminin dəstəklənməsi kimi məsələlərdə eyni mövqeni bölüşür.

Çin ötən həftə elan edib ki, iki ölkə donanması bu ay Aralıq dənizində ilk hərbi təlim keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol