Menu

"Qarabağ" supertransferə hazırlaşır

04.05.2015, 14:50
"Qarabağ" supertransferə hazırlaşır

Dieqo Forlanın Ağdam təmsilçisi ilə müqavilə bağlayacağı deyilir

"Qarabağ" futbol klubu uruqvaylı ulduzu transfer etmək niyyətindədir. Anspress-in məlumatına görə, Ağdam klubu tanınmış futbolçu Dieqo Forlana elçi düşüb. İddialara görə, futbolçunun təmsilçimizin heyətinə gətirilməsi üçün artıq işlərə başlanılıb.

Qeyd edək ki, Dieqo Forlan 2014-cü ilin yanvar ayında Yaponiyanın "Cerezo Osaka" klubuna transfer olub. Futbolçu buna kimi dünyanın güclü klublarında çıxış edib. 2002-ci ildə "Mançester Yunayted"ə transfer olan uruqvaylı oyunçu 2 ildə 95 dəfə "qırmızı şeytan"ların formasını geyib. Forlan "M.Y."da 17 qol vurub. 2004-ci ilin avqust ayında ingilis klubundan ayrılan Forlan "Vilyareal"ın yolunu tutub. İspan klubunda 2004-05 mövsümündə atdığı 25 qolla Avropa "Qızıl buts" mükafatını qazanıb.

2007-ci ildə İspaniyanın digər güclü klublarından "Atletiko Mardid"ə transfer olan Forlan 4 il bu klubun formasını geyib. 2011-ci ildə "İnter"lə razılaşaraq İspaniyadan ayrılıb. 2014-cü ildə isə İtalya nəhəngindən ayrılaraq Yaponiya klubu "Cerezo Osaka"ya keçib. Forlan hazırda bu klubun uğurları üçün tər tökür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol