Menu

Tarixçi alim Müsavat Partiyasından istefa verdi

05.05.2015, 18:15

Musavat_logo_Albom_250612Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib. B. Əzizli APA-ya açıqlamasında Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib:

“Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”.

Qeyd edək ki, B. Əzizli Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol