Menu

Anar Qədirliyə yeni vəzifə verildi

06.05.2015, 11:16
Anar Qədirliyə yeni vəzifə verildi

“Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacam”

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib.

Anar Qədirli, bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldığını açıqlayıb: “Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Yeni vəzifəmin nədən ibarət olacağı haqda 2-3 gün ərzində məlumat veriləcək”.

O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol