Menu

Türkiyədə "quş qripi"ndən tələf olan toyuqların sayı 100 minə çatıb

06.05.2015, 14:55
Türkiyədə "quş qripi"ndən tələf olan toyuqların sayı 100 minə çatıb

Türkiyənin Balıkesir vilayətinin Bandırma rayonunda "quş qripi" virusundan tələf olan toyuqların sayı 100 minə yaxınlaşıb. SalamNews-un “Sözcü”yə isitnadla verdiyi xəbərə görə, karantin elan edilən bölgədəki üç fermada dezinfeksiya işləri aparılır.

Bildirək ki, Türkiyənin Kastamonu, Bandırma və Edincik rayonlarındakı toyuq fermalarında “quş qripi” aşkar olunub.

Fermalarda araşdırmalara 40 mindən çox toyuğun naməlum səbəblərdən tələf olmağından sonra başlanılıb.

Sözügedən bölgədə karantin davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol