Menu

Məscidlərə hücum hazırlayanlar həbs olundu

06.05.2015, 16:26
Məscidlərə hücum hazırlayanlar həbs olundu

[caption id="attachment_116483" align="alignleft" width="300"] Almaniyada son dövrlərdə bir neçə antimüsəlman aksiyası keçirilib[/caption]

Almaniyada polis müsəlmanlar və qaçqınlara hücum hazırlamaqda şübhəli bilinən dörd nəfəri həbs edib.

Prokurorların sözlərinə görə, üç kişi və bir qadın radikal millətçi dəstə təşkil etməkdə və partlayıcı maddə hazırlamaqda ittiham olunur.

Müstəntiqlərin bildirdiyinə görə, "köhnə məktəblər cəmiyyəti" məsçidlərə və qaçqın düşərgələrinə hücumlar hazırlayırlarmış.

Şübhəli şəxslər bütün ölkə boyu keçirilmiş polis reydləri zamanı saxlanılıblar.

Polis əməliyyatında 250 əməkdaşın iştirak etdiyi bildirilir. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol