Menu

Bakıda «Shagman» 7 avtomobili belə əzib keçdi – VİDEO

06.05.2015, 16:53
Bakıda «Shagman» 7 avtomobili belə əzib keçdi – VİDEO

Svetofora yaxınlaşdıqda dayana bilməyən yük maşını minik avtomobillərini bir-birinə çırpıb

Bakıda baş vermiş daha bir ağır yol qəzasının videosu yayılıb. Yük avtomobilinin törətdiyi qəza anbaan Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarına düşüb.

Videodan görünür ki, «Shagman» markalı yük avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü qarşıda svetoforun qırmızı işığının yandığına əhəmiyyət vermədən sürəti azaltmaq əvəzinə elə o sürətlə də hərəkəti davam etdirir. Nəticədə svetoforda dayanan ən azı 7 avtomobili bir anda əzən «Shagman» səkiyə çıxır və ağaclara dəyərək dayanır.

Avtosfer.az saytına istinadla həmin qəzanın videosunu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol