Menu

ABŞ Rusiyadan raket mühərrikləri almayacaq

07.05.2015, 10:58
ABŞ Rusiyadan raket mühərrikləri almayacaq

Bununla bağlı Pentaqon Konqresə təklif göndərib

Xəbər verilir ki, ABŞ Rusiyadan RD-180 raket mühərriklərinin yeni partiyasını almaq fikrində deyil. Bu mühərriklər Pentaqon tərəfindən Amerika hərbi və kəşfiyyat peyklərinin orbitə çıxarılmasında istifadə edilirdi. Bu barədə mayın 6-da senatda dinləmələr zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter məlumat verib (TASS).

E.Karter xatırladıb ki, Pentaqon artıq ABŞ tərəfindən RD-180 tipli mühərriklərin istifadəsini 2019-cu ildən qadağan edəcək düzəlişin milli qanunvericiliyə əlavə olunması üçün təkliflər hazırlayıb və Konqresin müzakirəsinə təqdim edib. Düzəliş ona yönəlib ki, Konqres yalnız 1 fevral 2014-cü ilə qədər sifariş olunmuş, amma o dövrdə haqqı tam ödənilməmiş RD-180 tipli raket mühərriklərinin alınmasını təsdiqləsin.

Bu barədə Karter deyib: «Biz hərbi və kəşfiyyat peyklərinin orbitə çıxarılması məsələsində Rusiyanın asılılığından qurtulmaq istəyirik. Amma buna vaxt lazımdır. Odur ki, yanaşma bundan ibarətdir - bundan sonra daha RD-180 mühərriklərini sifariş verməmək, eyni zamanda sifariş olunmuşlardan da imtina etməmək. Bizim strategiyamız məhz bundan ibarətdir».

Nazir həm də qeyd edib ki, ABŞ imkan verə bilməz ki, gələcəkdə RD-180 mühərriklərindən imtina edilməsi ilə ABŞ-ın öz istehsalı olan və Rusiya istehsallı mühərrikləri əvəz edəcək belə qurğuların istismarına başlanması tarixləri arasında boşluq yaransın.

Bu cür yanaşma onunla izah olunur ki, senator Riçard Şelbi (Alabama ştatından olan respublikaçı) ABŞ ekspertlərinin xəbərdaredici belə bir rəyini səsləndirib ki, sözügedən dövrlər aralığında 2-3 illik bir boşluq yarana bilər və bunun nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) sərəncamında nə Amerika, nə də Rusiyanın RD-180 tipli qurğusu olmaz..

ABŞ-ın United Launch Alliance (ULA) şirkətinin rəhbərliyi (RD-180 mühərriklərinin alınması ilə məşğul olan şirkət) aprelin ortalarında bildirib ki, qüvvədə olan kontrakt Rusiyanın «Enerqomaş» müəssisəsi ilə hələ Krımın ilhaqı ərəfəsində bağlanıb. Kontrakt Rusiyadan 29 ədəd RD-180 tipli mühərrikin alınmasını nəzərdə tutur. ULA-nın bidirdiyinə görə, həmin mühərriklərdən 18-i artıq Rusiyada sınaqdan keçirilib, qalan 11 isə istehsalın müxtəlif mərhələsindədir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol