Menu

“ABŞ Azərbaycanın strateji tərəfdaşıdır” - Ziyafət Əsgərov

07.05.2015, 12:07
“ABŞ Azərbaycanın strateji tərəfdaşıdır” - Ziyafət Əsgərov

“ABŞ Azərbaycanın strateji tərəfdaşıdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, bir dövləti tənqid etmək olar: “Biz də hansısa dövləti tənqid edə bilərik. Ancaq insan hüquqlarını alver predmetinə çevirib hansısa ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir”.

Z. Əsgərov qeyd edib ki, bu gün beynəlxalq hüquqda böhran yaşanır: “Dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidirsə, bir-birinə qarşı səmimi olmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol