Menu

Pulsuz avtobus ünvanları

07.05.2015, 15:46
Pulsuz avtobus ünvanları

Şəhərin 6 istiqamətində avtobuslar sərnişinlərə xidmət göstərəcək

Bakı Olimpiya Stadionundada təlim tədbiri keçiriləcək.

ANS PRESS-in məlumatına görə, tədbir may ayının 9-da baş tutacaq. Bu səbəbdən də, artıq həmin tədbirdə iştirak edəcək şəxslərə xidmət göstərmək üçün sürücülər ayrılıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, həmin sürücülər Bakıda müəyyən edilmiş 6 dayanacaqda dayanacaqlar. Onlar avtobuslarla iştirakçıları Olimpiya Stadionuna pulsuz aparacaqlar.

Pulsuz xidmət göstərəcək avtobuslar şəhərin 6 istiqamətində dayanacaq.

Metronun “20 yanvar”, “Azadlıq Prospekti”, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” stansiyalarının yaxınlığında və 5 mərtəbə kimi tanınan ərazidə dayanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol