Xarici KİV-in yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun əmindir ki, bu postda onun davamçısı qadın olmalıdır. "AzPolitika.info"nun məlumatına görə, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsinin müavini Farhan Hak danışıb: «Bir sıra açıq söhbətlərdə o, deyib ki, artıq qadının baş katib postunu tutmaq vaxtı yetişib...» (TASS).
Bununla bərabər, Hak qeyd edib ki, BMT-nin növbəti baş katibinin kim olması məsələsini Pan Gi Mun həll etmir: «Kimin seçilməsi məsələsində o, öz fikrini söyləməyəcək. Amma müəyyən mənada, bu posta qadının seçilməsi vaxtı yetişib...».
Farhan Hak «Baş katib məsləhətləri ilə kömək etmək məqsədilə bu posta namizədliyi daha çox ehtimal olunan qadınlardan kiminləsə görüşübmü» - sualına cavab verməkdən yayınıb.
Bu günə olan məlumata görə, mümkün namizədlər siyahısında BMT İnkişaf Proqramının administratoru Helen Klarkın, YUNESKO-nun icraçı direktoru İrina Bokrvanın, Çili və Litva prezidentləri Mişel Hellenin və Dalyu Qribauskaytenin, Danimarkanın baş naziri Helle Torninq-Şmidtin adları var.
Hak daha sonra deyib: «Təbbi ki, o, yüksək postlar tutan, eyni zamanda BMT-də yüksək vəzifə daşıyan qadınlarla görüşlər keçirir. Onlardan kimlərsə seçkilərdə iştirak edəcəkmi? Bunu özləri həll edəcəklər...».
Xatırladırıq ki, Pan Gi Mun BMT baş katibi postunu 1 yanvar 2007-ci ildən tutur. Onun səlahiyyətləri 31 dekabr 2016-cı ildə bitir. Qüvvədə olan qaydalara görə, onun üçüncü dəfə bu posta seçilmək hüququnu yoxdur. Seçkiqabağı kampaniya rəsmi olaraq yalnız bir ildən sonra start götürəcək.
O da məlumdur ki, bu beynəlxalq təşkilatın rəhbərinin maksimum tərəfsizliyinə nail olmaq məqsədilə, baş katib postuna BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin - Rusiyanın, Çinin, Böyük Britaniyanın, ABŞ-ın və Fransanın nümayəndəsinin seçilməsi ənənəsi yoxdur.
Bununla bərabər, indiyə qədər BMT-nin 8 baş katibindən heç biri Şərqi Avropa ölkələrini təmsil etməyib. Həm də onların hamısı kişi olub. Müşahidəçilərin bir çoxu hesab edir ki, bütün bunlar bolqar İrina Bokovanın üstünlük qazanmasına imkan yaradır.
Baş katib seçkilərinin proseduru namizədin BMT Təhlükəsizlik Şurasının tövsiyyəsini almağı nəzərdə tutur. Bundan sonra Baş Məclisdə təsdiq olunma proseduru keçilməlidir. Səsvermənin nəticələrinə görə, o, BMT üzvü olan 193 dövlətin 2/3-dən artığının səsini qazanmalıdır.
AzPolitika.info


Şərhlər