Menu

Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar - Siyahı

07.05.2015, 19:40
Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar - Siyahı

Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 08.05.2015-ci il tarixdə aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu:

Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə)

saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək

Zarağan-Oğuz-Şəki yolu:

Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 10:40-dan 12:40-dək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol