Menu

Rusiya Türkiyəni silahlandırır

07.05.2015, 21:42
Rusiya Türkiyəni silahlandırır

Kompleksin taktiki-texniki xarakteristikaları hələlik məlum deyil

Rusiya və Türkiyə yaxın mənzilli raket kompleksinin birgə layihəsini yaradıb. ANS PRESS-in məlumatına görə, bu haqda "Rosoboroneksport" baş direktorunun məsləhətçisi Anatoli Aksenov jurnalistlərə bildirib.

Bu layihə türk platformasını Rusiyanın "İqla" raket kompleksi ilə inteqrasiya edib.

"Türkiyə tərəfinin xahişi əsasında biz türk şirkəti ilə yaxın mənzilli raket kompleksinin türk platformasına inteqrasiyasını etdik. Sistem "İqla-S"dir", - deyə Aksenov bildirib.

Kompleksin taktiki-texniki xarakteristikaları hələlik məlum deyil.

İstanbulda müdafiə sənayesinin "IDEF-2015" 12-ci beynəlxalq sərgisi keçirilir. Rusiya silahlı qüvvələrinin 200-dən çox silahı sərgidə təqdim edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol