Menu

Arif Alışanov yazıçı Əli Vəliyevin nəvəsinə vəzifə verdi

07.05.2015, 23:12
Arif Alışanov yazıçı Əli Vəliyevin nəvəsinə vəzifə verdi

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov televiziyada kadr dəyişikliyi həyata keçirib.AzNews.az xəbər verir ki, bu haqda məlumatı AzTV-dən bildiriblər.

Məlumata görə, operator Musa Vəliyev televiziyanın baş operatoru Fazil Hadıyevin müavini vəzifəsində çalışacaq.

Bu faktı Musa Vəliyevin özü AzNews.az-a təsdiq edib: “Mənim təyinatımla bağlı informasiya bu gün yayılıb. Sabah yeni kollektivə təqdim ediləcəyəm”.

Qeyd edək ki, uzun müddətdir ki, AzTV-də çalışan Musa Vəliyev Azərbaycanın məşhur yazıçısı Əli Vəliyevin nəvəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol